AZ / EN / RU
Rektor Elmar Qasımov BANM-in yeni tələbələrini təbrik etdi

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2016/2017-ci tədris ili üzrə Ali Məktəbə qəbul olan abituriyentləri təbrik etdi:

 

“Əziz tələbələr,

  Sizi, valideynlərinizi və müəllimlərinizi 2016/2017-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmağınız və BANM ailəsinə üzv olmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsil almaq istəməsi bizim üçün qürurverici və mühüm hadisədir! Bu həm sizin, həm Ali Məktəbimizin nailiyyətidir!

Yeni tədris ilində sizə müvəffəqiyyətlər və tələbə həyatınızıda daima zəka birinciliyi, sağlam rəqabət və fəallıqla seçilməyinizi arzulayıram!"