AZ / EN / RU
BHOS Staff and Students in "Favorites"

Bakı Ali Neft Məktəbinin əməkdaşları və tələbələri Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) “Sevilənlər” verilişinin “20 sentyabr-Neftçilər günü”nə həsr olunmuş xüsusi buraxılışında iştirak ediblər. “Sevilənlər” verilişinin bu dəfəki qonağı SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə olub. Verilişdə maraqlı fikir mübadiləsi aparılıb, Xoşbəxt Yusifzadə tələbə auditoriyasını maraqlandıran sualları cavablandırıb.