AZ / EN / RU
BANM-də tələbələrin bilik yarışması keçirildi

         Bakı Ali Neft Məktəbi Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bakı Ali Neft Məktəbi İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü və eyni zamanda "Xəmsə" Milli İntellektual Oyununun 10 yaşı münasibətilə təşkil olunan "Xəmsə" Milli İntellektual Oyunu üzrə ali məktəb daxili "Winter Cup" turniri keçirilmişdir.

 

             Turnir tələbələrin böyük marağına səbəb olmuş və 100ə yaxın tələbə öz komandaları ilə turnirdə iştirak etmişlər. Qalib gələn komandalara kubok, medal və hədiyyələr təqdim edilmişdir.