AZ / EN / RU
BANM-də "Masters of Music: TOY" turniri oldu

          Bakı Ali Neft Məktəbində (BANM) Xəmsə Milli İntellektual Oyununun təşkilati dəstəyi, BANM-in İntellektual Oyunlar Klubu və “Brain Master” komandasının birgə təşkilatçılığı ilə “Masters of Music: TOY” turniri keçirildi. Tədbirin əsas məqsədi  gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilikləri və elmin nüfuzunu artırmaq və onların vaxtlarını daha səmərəli və əyləncəli keçirməsinə xidmət etməkdir.

 

          Turnirin seçim mərhələsindən sonra 22 komandadan 16 komanda qrup oyunlarına vəsiqə qazandilar. Qrup oyunlarından sonra yarımfinal və final oyunları oynanıldı və nəticədə, qalib komandalar medallarla mükafatlandırıldılar.

 

          “Masters of Music: TOY” turnirinin qalibləri:

 

          I yer – “NirVana” komandası

          II yer – “Dr. Horrible” komandası

          III yer – “Royal Flush” komandası

          IV yer – “Özümüzünkülər” komandası