AZ / EN / RU
"Forza BANM" - "Forza Neftçi". Bərabərlik.

          Bakı Ali Neft Məktəbinin (BANM) foundation kursunun “Forza BANM” komandası Neftçi Bakı PFK-ın “Forza Neftçi” Azad Azarkeş Qrupunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılıqlı hücumlarla bir saat davam edən oyunda tərəflər hərəyə bir dəfə fərqləniblər, qalib müəyyən olmayıb. Oyunun 40-cı dəqiqəsində “Forza Neftçi” hesabı açıb. Qarşılaşmanın bitməsinə 3 dəqiqə qalmış “Forza BANM” hesabı bərabərləşdirib (1-1). Komandamızın qolunu “Kimya mühəndisliyi” ixtisasında oxuyan Kənan Qocayev vurub.