AZ / EN / RU
BANM magistraturaya qəbul elan edir

          Bakı Ali Neft Məktəbi (BANM) 2017/2018-ci tədris ili üçün aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə magistraturaya qəbul elan edir.

 

          060606- Neft-qaz mühəndisliyi (Yatağın qiymətləndirilməsi və idarə olunması)

          060641- Kimya mühəndisliyi (Neft və qaz texnologiyası )

 

          Hər iki ixtisas (ixtisaslaşma) üzrə mütəxəssis hazırlığı ingilis dilində Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında 2 diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara sözügedən universitetin və BANM-in diplomları təqdim olunacaq. Dərslər axşam saatlarında keçiriləcək.

 

          Dövlət İmtahan Mərkəzinin qəbulla bağlı keçirəcəyi müsabiqədə BANM-in müvafiq ixtisaslarının məzunları, digər ali məktəblərdə müvafiq ixtisaslar üzrə ingilis dilində təhsil almış bakalavrlar və xarici ölkələrinin universitetlərinin müvafiq ixtisaslarını bitirmiş mütəxəssislər iştirak edə bilərlər.

 

          Əlavə məlumat almaq üçün http://www.bhos.edu.az elektron ünvana və ya (012) 521-33-02 və (012) 521-34-54 nömrəli telefonlara müraciət edə bilərsiniz.