AZ / EN / RU
Bakı Ali Neft Məktəbində SPM-in növbəti təlimi başa çatıb

          Bakı Ali Neft Məktəbində (BANM) BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkəti və Ali Məktəbin birgə layihəsi olan Layihə İdarəetmə Məktəbinin (SPM)  növbəti qrupunun təlimləri başa çatıb. Növbəti modul olan “Risklərin idarə edilməsi” üzrə təlimlərdə iştirakçılar risk idarəçiliyinin həm keyfiyyət və həm də kəmiyyət baxımından güclü mahiyyəti barədə dəqiq anlayışa əsasən təhlükə və imkanlara yaradıcı yanaşma vasitəsilə birgə işləyərək  neqativ risklərin aradan qaldırılması yolları ilə tanış olublar.

 

          Təlimi “TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı üzrə magistr, risklərin idarə edilməsi üzrə mütəxəssis və SPM-in təlimçisi Didye Estibal aparıb. Məlumat üçün bildiririk ki, D.Estibal xüsusi olaraq məhz bu təlimi aparması üçün Bakıya  dəvət edilib.