AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin Elmi Şurasının yeni tədris ilində ilk iclası

          Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının 2017/2018-ci tədris ilində ilk iclası keçirilib. İclasda Şuranın sədri və üzvləri iştirak edib. İclası açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, keçirilən iclasların, müzakirə olunan məsələlərin önəmindən söz açıb. O, ötən tədris ilində əldə edilən nailiyyətlərdən bəhs edərək BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu bildirdi. Cari ilin Ali Məktəb üçün bir neçə mühüm hadisə - ölkə Prezidenti İlham Əliyev tərəfindən BANM-in yeni kampusunun rəsmi açılışı, məzunların ilk buraxılışı və magistratura səviyyəsinə ilk qəbul ilə əlamətdar olduğunu qeyd edib.

 

           Sonra rektor iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yekunda ümumi səsvermə ilə müzakirə olunan məsələlərlə bağlı yekdilli qərar qəbul olunub.