AZ / EN / RU
Rektor Elmar Qasımov Baki Ali Neft Məktəbində YAP Gənclər Birliyinin üzvləriylə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Elmar Qasımov YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib.

 

Görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavinləri Sevinc Qasımova və Fəsli Nəbiyev, həmçinin Gənclər Birliyinin üzvləri iştirak ediblər.

 

İlk öncə görüş iştirakçılarına Ali Məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib, kampus ərazisində tur təşkil edilib. 

 

Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq Yeni Azərbaycan Partiyasının sıralarına üzv olan gənclərin hər zaman ictimai-siyasi mühitdə formalaşdığını qeyd edib. O həmçinin, partiyanın müasir Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında əvəzsiz rolu olduğunu qeyd edib.

 

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Ali Neft Məktəbinin kampusunun açılışındakı nitqini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov dəvət üçün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova YAP Gənclər Birliyinin adından təşəkkürünü bildirib. Bu cür görüşlərin əhəmiyyətini vurğulayan Bəxtiyar İslamov Bakı Ali Neft Məktəbinin ölkənin sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacının ödənilməsində vacib rol oynadığını bildirib

 

Görüş iştirakçıların maraqlandıran mövzular ətrafında aparılan müxtəlif fikir mübadiləsi ilə yekunlaşıb.