AZ / EN / RU
"Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf" konfransının qalibləri mükafatlandırılıb

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları öz işini yekunlaşdırıb. “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri artıq məlumdur.

 

Ötən gün konfransın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

Konfrans  “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər”, “Bərpaolunan enerji” bölmələrini əhatə edib. 

 

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransların əhəmiyyətindən danışıb, qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Eyni zamanda o, konfransın keçirilməsinə dəstək göstərən və qalibləri öz hədiyyələri ilə mükafatlandıran tərəfdaş şirkətlərə də təşəkkür edib.

 

Daha sonra qaliblərin mükafatlandırılması mərasiminə başlanılıb.

 

Beləliklə, konfransın “Mütərəqqi materiallar və polimerlər” bölməsi üzrə  I yerin qalibləri müvafiq olaraq BANM-in tələbələri Aytac Siyahzadə, Gülər Hacıyeva, Leyla Məmmədli olub.  II yerdə Ayşən Zülfiyeva və Taliyə Məmmədhəsənzadə, III yerdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Matilda Yusifova qərarlaşıb.

 

“Neft-qaz və Neft-kimya prosesləri” bölməsi üzrə I yerdə Aişə Məhərrəmova (BANM), II yerdə Fidan Cəbrayılova (BANM) və Afaq Həşimova (BANM) , III yerdə isə  Taliyə Məmmədhəsənzadə və Ayşən Zülfiyeva (BANM) qərarlaşıb.

 

“Bərpaolunan enerji” bölməsi üzrə BANM tələbələri Türkan Əliyeva (I yer), Babək Rüstəmzadə, Rasimə Nəsirova və Ziyad Əhmədzadə (II yer), Fərid Cəfərli və Fərid Hüseynli (III yer) qalib seçiliblər.

 

“Ekoloji Problemlər və Biotexnologiya” bölməsinin qalibləri BANM tələbələri Sabir Hacızadə və Mələk Hüseynli (I yer), Güllü Hüseynli və Rəşad Əhmədov (II yer), AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun tələbəsi Lalə Qurbanova, eləcə də BANM tələbələri Almaz Heydərova , Aytən Vəliyeva və Nailə Şəkərova  (III) olublar.

 

Poster çıxışları üzrə AMEA Neft-Kimya Prosesləri İnstitutun tələbəsi Afaq Əzizbəyli I yerdə, İnstitutun əməkdaşı Xanım Əliyeva II yerdə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Firəngiz Rəhimova isə III yerdə qərarlaşıb.

 

Qaliblərə SOCAR Polymer, bp, “Maire Tecnimont” şirkətlərinin və Bakı Ali Neft Məktəbinin hədiyyələri və eyni zamanda konfransın sertifikatları təqdim olunub.

 

Qeyd edək ki, artıq 9 ildir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların Elmi Konfransları təşkil edilir. Konfranslar ötən ildən beynəlxalq səviyyədə və onlayn keçirilir.