AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin Elmi Şurasının iclası keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Tələbə və gənc tədqiqatçıların II Beynəlxalq Elmi Konfranslarının nəticələri, 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və  gündəlikdə olan cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İclası giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.

 

 O, BANM-də elmi-tədqiqatların strateji xətt kimi götürüldüyünü diqqətə çatdıraraq, tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi konfranslarının da bu məqsədə xidmət etdiyini qeyd edib. Rektor bu il konfransda əldə olunan nəticələrin qənaətbəxş olduğunu və növbəti illərdə konfransın miqyasının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Rektor 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün zəruri tədbirlərin görülməsinin, tələbələrə metodiki dəstəyin göstərilməsinin, onlayn imtahan sessiyyalarının texniki təminat məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

 

Elmi Şuranın toplantısında Tədris və elmi işlər üzrə prorektor Zəfər Qurbanov, Davamlı təhsil fakültəsinin dekanı Kəklik Gözəlova məruzə ilə çıxış ediblər.

 

 İclasda həmçinin kadr təyinatı, eləcə də, digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr aparılıb.

 

 Yekunda müzakirə olunan məsələlərlə bağlı ümumi səsvermə ilə yekdill qərar qəbul olunub.