AZ / EN / RU
Əcnəbi tələbələrin işğaldan azad olunmuş rayonlara səfər edib

İyunun 2-də Təhsil və Müdafiə nazirlikləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.

 

Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib. Bakı Ali Neft Məktəbinin əcnəbi tələbəsi Belka Acevedo Lozanonun (Peru) iştirak etdiyi səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq ziyarət olunub. Cəbrayıl rayonunda isə Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar” yay kinoteatrı, şəhər qəbiristanlığına baş çəkilib. Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənib.

 

Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı açılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

 

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.

 

Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.