AZ / EN / RU
BANM – in daha bir müvəffəqiyyətli məzunu – 7 ali məktəbdən qəbul
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının məzunu Əbdül Bağırov müraciət etdiyi ali məktəblərdən 7-nə doktorantura üzrə beynəlxalq proqramlara qəbul olunub. O, həmçinin universitetlərin hamısının tam təqaüdünə layiq görülüb.
 
Əbdül Bağırovun Kimya və biomolekulyar mühəndislik, Sistem mühəndisliyi, Dayanıqlı ətraf-mühit mühəndisliyi və s. ixtisaslar üzrə qəbul olduğu universitetlərdən hamısı ABŞ ali məktəbləridir. Bu ali məktəblər öz yüksək göstəricilərinə görə beynəlxalq reytinqlərə daxildirlər.
 
Əbdül Bağırov təhsilini ABŞ-ın Akron Universitetində Polimer mühəndisliyi ixtisası üzrə doktorantura proqramında tam təqaüdlə davam etdirmək niyyətindədir.
 
Qeyd edək ki, Əbdül Bağırov 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub və məzun olduqda Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 91.01 olub.