AZ / EN / RU
Qəbul qaydaları
Ali təhsilin bakalavriat səviyyəsi üzrə Bakı Ali Neft Məktəbinə qəbul olunanların qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabr ayının 7-dən 19.09.2021-ci il, saat 23:59-dək https://portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının ödənişi mümkündür. Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.
Abituriyentlər qeydiyyatdan keçməmişdən əvvəl Təhsil Nazirliyinin hazırladığı “ƏN ÇOX VERİLƏN SUALLAR (BAKALAVRİAT QEYDİYYATI” bölməsində qeyd olunan tövsiyələrlə tanış olmaları vacibdir.
Eyni zamanda abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Elektron qeydiyyat bitdikdən sonra BANM-a fiziki olaraq təqdim olunacaq sənədlərin siyahısı:
 
1) Attestatın əsli;
2) Şəxsiyyət vəsiqəsinin əsli və surəti (4 nüsxə);
3) Yaşı 18-dən az olan abıturiyentlər üçün valideynlərindən hər hansı birinin şəxsiyyət vəsiqəsinin surəti;
3) Tərcümeyi-hal;
4) Çağırış vərəqəsinin (hərbi biletin) əsli və surəti (oğlanlar üçün);
5) Sağlamlıq haqqında arayış (Forma 86);
6) 3x4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7) BANM-ə qəbul olunduğu haqqında dim.gov.az saytından çıxarış;
8) Ödənişli əsaslarla qəbul olunanlar ödəniş haqqında qəbzi;
9) Ödənişli əsaslarla qəbul olunmuş və Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı abituriyentlər (məcburi köçkün və s.) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.
 
Sənədlər qovluğun içərisində qeydiyyat komissiyasına təqdim olunur.
 
Qeydiyyat müddəti bitdikdən sonra qeydiyyatdan keçmiş hər bir abituriyentlə müəllimlər tərəfindən ingilis dili üzrə bilik səviyyəsini müəyyən etmək üçün müsahibə keçiriləcəkdir. Müsahibənin məqsədi bu fənn üzrə eyni biliyə malik olan tələbələri bir qrupda cəmləmək və onlar üçün tədrisi təşkil etməkdir.
 
Sənədlərin Ali Məktəbə şəxsən təqdim edilməsi 13 sentyabr 24 sentyabr 2021-ci il tarixləri arasında Bakı Ali Neft Məktəbinin Xətai korpusunda (Xətai metro stansiyası ilə üzbəüz) 314 nömrəli otaqda saat 9.30-dan 17.30-a qədər aparılacaqdır. Fasilə 13.00 - 14.00.
 
Bakı Ali Neft Məktəbində əlaqə nömrələri: