
Erasmus + və Beynəlxalq Proqramlar Ofisi
Davam edən layihələr
Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, ITACA
ITACA layihəsi çərçivəsində Tədris və Tədqiqat Mərkəzinin dizaynı və inşası ilə bağlı tədbirlər həyata keçirilir. AB və yerli qurumları, həmçinin neft və qaz hasilatının ətraf mühitə təsiri sahəsində fəaliyyət göstərən müəssisələri bu tədbirlərdə iştirak edir. Layihə çərçivəsində sahədə işləyəcək məzunların təlimləri keçirilir və bunun sayəsində universitet ilə istehsalat arasındakı əlaqələr gücləndirilir. Təlim Mərkəzi sənaye ilə akademik qurumlar arasındakı əməkdaşlıq vasitəsilə magistraturadan sonra bir illik kursların layihəsini hazırlayıb inkişaf etdirəcək. Məlum olduğu kimi, Azərbaycanda mövcud ali təhsil sistemində PhD kurslarından fərqli olan magistraturadan sonrakı dövrü əhatə edən bir illik tədris mövcud deyil, halbuki Avropa Birliyində, xüsusilə ekologiya və ətraf mühit elmləri, mühəndislik sahəsində bu cür təhsilin uğurlu olduğu sübut edilib. Universitetlər və sənaye sahələri arasında körpü rolu oynayan bu yeni təhsil növü tədrisin keyfiyyətinə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yaranan problemlərin həllinə kömək edə bilər. Mərkəzdə Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası, ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyalar tətbiq ediləcək.
Koordinator: Roma Sapienza Universiteti
AB tərəfindən maliyyələşdirilir (Qrant Saziş 730349): təqribən 1 milyon Avro
Başlama: 15 Noyabr 2019
Müddət: 3 il
Əlavə məlumat üçün link.

ECAR - Azərbaycanda Rektorlar Konfransının yaradılması
Təhsilin beynəlmiləlləşməsi və yeni rəqəmsal və yenilikçi iqtisadiyyatın tələblərinə cavab verən mütəxəssislərə artan ehtiyac universitetlərin rolunu olduqca gücləndirir. Bu baxımdan, ali təhsil təşkilatları arasında qarşılıqlı əlaqələrin yeni formaları yaranır və inkişaf edir. Azərbaycan artıq 2005-ci ildə Boloniya müqaviləsini imzalasa da, ölkə əhalisinin əksərriyəti Avropa Ali Təhsil Məkanı (EHEA) ilə əməkdaşlığın faydaları haqqında kifayət qədər məlumatlandırılmayıb. Azərbaycanda ali təhsil sisteminin son inkişafları barədə məlumat qeyri-müəyyən olaraq qalır. EHEA məsələlərinə dair rabitə və şəbəkə TN-nin müxtəlif şöbələri və müxtəlif tərəflər arasında kifayət qədər parçalanmışdır. Əməkdaşlığı təşviq etmək və asanlaşdırmaq, universitetləri əsas işlərində dəstəkləmək üçün Azərbaycanda milli universitetlər şəbəkələrinə ehtiyac var - yəni yüksək keyfiyyətli təhsil, habelə daha yaxşı qanunvericilik və ali təhsil və tədqiqatın inkişafına yönəldilmişdir maliyyə vəsaitlərini effektiv şəkildə xərcləmək üçün fəal şəkildə lobbi etmək. Konsorsium hesab edir ki, Rektorlar konfransı əsas təşəbbüslərdə və problemlərdə vahid bir səs təqdim edən bütün universitetlər üçün əla bir yer ola bilər. Bu layihənin əsas məqsədi Rektorlar Konfransının yaradılması yolu ilə milli universitetlər və qərar qəbul edənlər arasında güclü şəbəkənin və əməkdaşlığın qurulmasını dəstəkləməkdir. Bununla yanaşı, seçilən yanaşmanı həyata keçirmək üçün, diqqətini əsasən təhsil ehtiyaclarına yönəldirən müvafiq maraqlı tərəflərlə əməkdaşlıq qurmaq lazımdır. Layihənin ümumi məqsədi milli inkişaf strategiyalarına uyğun rektorlar konfransı quraraq universitetlər və digər bütün maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirmək.
Koordinator: Bakı Biznes Universiteti
AB tərəfindən maliyyələşmə (Qrant Müqaviləsi 619354): təqribən 1 milyon Avro
Başlama: 15 yanvar 2021
Müddət: 3 il
Əlavə məlumat üçün link:http://ecar.net.az/

