
Tələbə həyatı
Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı
Bu təşkilatlar tələbələrin idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək verir. Hər iki təşkilat müntəzəm olaraq xeyriyyə konsertləri, qocalar və uşaq evlərinə səfərlər təşkil edir, maarifləndirici layihələr icra edir, təlim və seminarlar keçirir. Gənclər təşkilatları tələbələr arasında layihələrin yazılması və bedcə tərtibatı üzrə təlimlər keçirir, bunun nəticəsidir ki Azərbaycan Gənclər Fondu daxil olmaqla bir sıra təşkilatlar tələbələrimizin ideyalarının layihə olaraq həyata keçirilməsində təşkilati və maddi dəstək verirlər. BANM TGT həm təşkilat kimi, həm də təşkilat üzvlərinin simasında fərdi layihələr olaraq Azəraycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində bir neçə dəfə qalib olmuşdur. Bütün layihələr uğurla icra edilmiş və müvafiq hesabatlar lazımi qaydada verilmişdir.


