BANM məzunları

Uğur hekayələri

Məhəmməd Vəliyev

Neft-qaz mühəndisliyi, 2018 məzunu 

- BANM-i seçməkdə məqsədiniz nə idi? Universitet haqqında xüsusi qeyd etmək istədiyiniz təəssürat varmı?

Məktəb illərində, xüsusən də 10 -cu sinifdə kompüter elmləri ixtisası üzrə Azərbaycanın digər universitetlərində təhsil almaq barədə düşünürdüm. Lakin sonradan insanların SOCAR tərəfindən dəstəklənən yeni bir universitetin yaradılması  barədə danışdığını eşitdim. Yeni universitetin rəhbərliyi tərəfindən vərilən vədlər çox cazibədar idi: hər il yalnız 100 tələbə ilə  qəbul prosəsi, İngiltərə universiteti ilə əməkdaşlıqda ikili diplom proqramı, ingilis dilində təhsil,nəft və qaz sektorunda karyera imkanları. Bütün bu vədlər məndə böyük həvəs yaratdığından kompüter elmləri üzrə təhsil almaqdan  imtina etdim və BANM -da neft mühəndisliyini seçdim. BANM -dəki təcrübəmlə bağlı xüsusi bir məqam varsa, bu orada tanış olduğum ,vaxtımı keçirməkdən çox zövq aldığım və hələ də ünsiyyətdə olduğum həqiqətən də istədadlı, mehriban, kooperativ insanlar olardı. 

- BANM-də təhsil aldığınız müddətdə öyrəndiyiniz ən böyük təcrübə nə olmuşdur? Bunu gündəlik həyatınızda necə tətbiq edirsiniz?

Yeni qurulan bir universitət olaraq, BANM -da təhsil almanın özünəməxsus çətinlikləri var idi. Orada gördüyümüz işlərin çoxu bizdən əvvəl  qurulmadığı  üçün  demək olar ki, hər il öhdəsindən gəlməli olduğumuz fərqli çətinliklər ilə üzləşdik.Buna görə də mən dəyərdim ki, BANM -da öyrəndiyim ən dəyərli dərs müstəqillik, inam və uğura gedən yolda böyük əzmlə irəliləmək olardı. Bəli, gündəlik həyatda bəzi çətinliklərlə üzləşirik. BANM -də inkişaf etdirdiyim müstəqillik,güvən və dayanıqlıq kimi bacarıqlarım  bu çətinliklərin öhdəsindən gəlməkdə mənə çox kömək edir.

 

- Bakalavrdan sonrakı təhsiliniz haqqında məlumat verə bilərsinizmi?

BANM-dəki təhsildən razı qaldığım üçün Yatağın qiymətləndirilməsi və idarə olunması üzrə magistr dərəcəmi də orada aldım. Lakin,sual yəqin ki, hazırkı təhsilimlə bağlıdır. Hal -hazırda ABŞ-ın Cənubi Kaliforniya Universitetində Neft Mühəndisliyi ixtisası üzrə doktorantura tələbəsiyəm.Burada dərəcəmlə və tədqiqatımla  əlaqəli olan kurslara gedir və PhD proqramının bir hissəsi olaraq araşdırma aparıram. Konkret olaraq, araşdırmam bu sahələri əhatə edir: 1) qabaqcıl maşın öyrənməsi alqoritmlərindən istifadə edərək neft yataqları modellərinin kalibrasiyası üçün yeni iş sxemlərinin hazırlanması 2) qeyri-ənənəvi neft yataqlarında, hidravlik qırılma prosesi dizaynını təkminləşdirilməsi üçün proqnoz modellərin tərtib olunması

- BANM -in sizi vəzifəyə yaxşı hazırladığını hiss edirsinizmi?

Düşünürəm ki, heç bir universitet  BANM də daxil olmaqla, sizi hər hansı bir işə tam hazırlaya bilməz, istər sənayədə, istərsə də akademik mühitdə. Lakin BANM məni yüksək kəyfiyyətli təhsil ilə təmin edib, qeyri-texniki bacarıqlarımın və ən faydalı olan müstəqil öyrənmə qabiliyyətim inkişaf etməsinə səbəb oldu.

- BANM-ə müraciət etmək istəyən tələbələrlə hər hansı bir ipucu və ya məsləhət bölüşmək istərdinizmi?

Təbii ki, BANM Azərbaycanda ən prestijli universitet olduğu üçün  qəbul imtahanlarında göstərdiyiniz nəticə olduqca yüksək olmalıdır. Buna görə də BANM -ə daxil olmaq üçün bacardığınız qədər çox çalışın. BANM -ə qəbul olmaq asan olmasa da, əylənmək üçün vaxtınız olacaq. Əlavə olaraq, hər bir ixtisas haqqında yaxşı bir fikir sahibi olduğunuzdan əmin olun və öz  maraqlarınıza, gələcək kariyera seçimlərinizə  ən uyğun olanını seçin.Uğurlar!