
Erasmus + və Beynəlxalq Proqramlar Ofisi
Erasmus+ KA107 Mübadilə layihəsi çərçivsində Bohemia Universitetinə çağrı elanı
Kimlər müraciət edə bilər?
Bakı Ali Neft Məktəbinin əyani təhsil alan tələbələri aşağıdakı şərtlərə cavab verdikləri və müraciətlərini bu çağırışda qeyd olunan son tarixə qədər təqdim etdikləri halda tələbə mobilliyindən yararlana bilərlər:
- Bakalavr səviyyəsinin 4-cü kursunun Proseslərin Avtomatlaşdırılması Mühəndisliyində təhsil alan tələbələri
- Akademik göstəricisi 100 üzərindən ən az 80 olan tələbə
Tələbələr tərəfdaş Universitetdən 2 kurs (KKY/IR1-E: İnformasiya və İdarəetmə Sistemləri 1, KKY/ZMB: Sistem Modelləşdirməsinə Giriş) və BANM-dən onlayn olaraq digər 3 kursu keçəcəklər. Əlavə olaraq siz partnyor Universitetdən minimum AKTS tələblərini yerinə yetirməlisiniz, beləliklə, sizdən Qərbi Bohemiya Universitetindən daha 2 kurs (məs: Çex dili, istənilən idarəetmə kursu və ya əsas kurslar) tələb olunacaq.
Ayrılmış yer sayı
Bu mübadilə üçün sadəcə 3 tələbə üçün yer ayrılmışdır.
Əsas siyahıda hər hansı ləğv edildikdə gözləmə siyahısında olan növbəti tələbə nəzərə alınacaq.
Necə müraciət oluna bilər?
Maraqlanan tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
- CV
- Motivasiya məktubu
- Pasportun nüsxəsi ( Əgər varsa )
Linkə keçid edərək müraciət edə bilərsiniz:
Seçim kriteriyaları:
BANM Erasmus+ Seçim Komitəsi müraciətinizi aşağıdakı meyarlar əsasında qiymətləndirəcək:
- Akademik göstəricilər (40 %)
- Sosial Aktivlik ( 40 %)
- Müsahibə (20 %)
Mübadilənin müddəti
2022/23 Akademik təqvim ilinin yaz semesteri
Erasmus+ Beynəlxalq Kredit Mobilliyi ən azı bir semestr (3 ay) olmalıdır.
Qrant məlumatları
Hər bir tələbə üçün qrant ayda 800 AVRO və səyahət kompensasiyası 530 AVRO təşkil edir. Tələbələr semesterin əvvəlində qrantın 50%-ni, iki aydan sonra 30%-ni və qalma müddətinin bitməsinə 2 həftə qalmış 20%-ni alacaqlar.
Müraciət üçün son tarix: 31 Oktabr 2022, 23:59
Müraciət prosesi ilə bağlı bütün sorğular erasmus@bhos.edu.az elektron poçtu vasitəsilə Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinə göndərilməlidir.
Müraciətlərinizlə bağlı sizə uğurlar arzulayırıq.
Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi / Bakı Ali Neft Məktəbi