
Erasmus + və Beynəlxalq Proqramlar Ofisi
Erasmus + Akademik və administrativ heyət üçün mübadilə Elanı
Müqavilə No: 2020-1-TR01-KA107-087815
-
Müraciət üçün son tarix: 21 Oktyabr 2022
-
Nəticələrin elanı: Oktyabr ayının sonunadək
Erasmus+ proqramı (Əsas Fəaliyyət 107) çərçivəsində Marmara Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edərək tədris mobilliyi üçün 2 qrant və inzibati heyətin mobilliyi üçün 2 qrant təklif edir.
Kimlər iştirak edə bilər?
- Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən akademik və inzibati heyət
- Müraciət edənlrin dil biliklərinin kafi dərəcədə olması gözlənilir
DURATION OF MOBILITY
Mübadilə 5 iş gününü əhatə edir (səyahət günləri xaric).
Tədris fəaliyyəti həftədə minimum 8 saat dərsdən ibarət olmalıdır.
MÜRACİƏT PROSESİ
Aşağıdakı sənədləri təqdim etməlisiniz:
- CV
- Təklif məktubu (maksimum 2 səhifə) – fəaliyyət günləri üçün planınızı ifadə edir. (Təklif sənədini hazırlayarkən adıçəkilən Universitetlə bağlı kiçik araşdırma aparmağı və fəaliyyət göstərdiyiniz sahə ilə tərəfdaş universitetdəki sahənin uyğunluğunu nəzərə alaraq təklifinizi formalaşdırmağı xahiş olunur)
- Pasportun surəti
Müraciət etmək üçün linkə daxil olun:
MALİYYƏLƏŞDİRİLMƏ
Hər bir iştirakçı qalma müddətinə (günlər) uyğun olaraq yaşayış xərcləri üçün mobillik qrantı alacaq.
◦ Günlük qrant məbləği : Avro 140/gün
◦ Səyahət qrantı: Avro 275
SEÇİM KRİTERİYALARI
- Namizədlər öz ixtisasları ilə bağlı təkliflərinə əsasən seçiləcək və iki Universitet arasında gələcək qarşılıqlı əməkdaşlığa töhfə verəcəklər.
- Mübadilənin qiymətləndirilməsi üçün Seçki Komissiyası aşağıdakılar tərəfindən formalaşdırılacaq:
Akademik mübadilə üçün
- Sevda Zərgərova – Mühəndislik fakültəsinin dekanı
- Humay Azayeva – Proqram meneceri
İnzibati heyət seçimi üçün
- Rima Quliyeva – Tədris-metodiki şöbənin rəisi
- Humay Azayev- Proqram meneceri
- Əlavə məlumat üçün erasmus@bhos.edu.az ilə əlaqə saxlayın.