Konfrans
Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Rəqəmsal Transformasiya-2023” TƏLƏBƏ VƏ GƏNC TƏDQİQATÇILARIN IV BEYNƏLXALQ ELMİ KONFRANSI
18-19 aprel tarixlərində SOCAR-ın Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal transformasiya-2023” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilib.
Konfrans “Rəqəmsal transformasiya texnologiyalar”, “Rəqəmsal rabitə”, “Rəqəmsal daşıma”, “Rəqəmsal ağıllı şəhərlər və rəqəmsal binalar”, “Rəqəmsal sənaye və kənd təsərrüfatı”, “Rəqəmsal şəxsiyyət, dezinformasiya və saxta xəbərlər” mövzularını əhatə edib.
Konfrans üzrə 174 tezis təqdim olunub, onlardan BANM üzrə 122.
Konfrans 6 bölmə üzrə keçirilib. Hər bölmə üzrə 3 qalib və 2 həvəsləndirici yer müəyyən olunub. Konfrans iştirakçılarına iştirakçı sertifikatı, qaliblərə isə 1,2 və 3 yer sertifikatları təqdim olunub.