
Bölmələr və mərkəzlər
İnnovasiya və Tədqiqatlar mərkəzi
Ümumi məlumat
Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin məqsədi yenilikçi elmi tədqiqat layihələrini və yenilikçi fikirləri bazara çıxarmaqdır. Mərkəzin əsas diqqəti elmi tədqiqatlarla əlaqəli layihələrə yenilsədə, tələbələrin hər cür yenilikçi fikirləri ilə əməkdaşlığı məmnuniyyətlə qarşılayırıq. Startuplar üçün mentor görüş, hektaqon, startup yarışma, bootkəmp və dizayn düşüncə seminarları kimi fərqli əlaqəli proqramlar hazırladıq. Bu proqramlar startaplara yaradıcı ideyaları real layihələrə çevirməyə kömək edir.
Bizim missiyamız
Missiyamız birgə tədqiqat və təşəbbüskarlıq mühiti inkişaf etdirməkdir.
Bizim konsepsiyamız
Proqramlar, təlim kursları və digər qurumlardan, innovasiya mərkəzlərindən və biznesin təşviqi təşkilatlarından olan məsləhətçilər vasitəsi ilə innovativ başlanğıclar üçün təlim, potensial qurma və xidmətlərin inkişafını təmin edirik.
Əsas məqsədimiz, fəaliyyətləri universitetlə müəssisələr arasında əlaqələndirmək, startap müsabiqələri təşkil etmək və startap fəaliyyətlərini metodik olaraq dəstəkləməkdir.
Tələbələr üçün
İnnovasiya və Tədqiqat Mərkəzində birgə iş sahəsi, startaplar üçün xüsusi otaqlar və laboratoriya bazası mövcuddur.
Start-up inkubasiya
İki aylıq proqramımız, tələbələrə iş bacarıqları təlimləri, şəbəkə qurma və məhsul inkişafına kömək edərək öz startaplarını qurmağa kömək edir.
Bizim bir hissəmiz olun
Müraciət edinƏlaqə
Staff

