Kitabxana
Kitabxana
Explore BHOS Libraries
Yeni Gələnlər
Ümumi məlumat
Bakı Ali Neft Məktəbi Kitabxanası əsasən mühəndislik istiqamətləri üzrə yaranıb formalaşmış akademik kitabxanadır. Özünün güclü maddi texniki bazası və qiymətli ədəbiyyatlardan ibarət olan fonduna görə ölkənin öndəgedən akademik kitabxanaları sırasında yer almışdır. BANM –in kitabxana kompleksi iki korpusdan – “Xətai” korpusu və Bibiheybət ərazisində yerləşən yeni kampus hissələrindən ibarətdir. Hər ikisi müasir texnologiyalarla təmin olunmuşdur. Xətai korpusunda “Foundation”, “MBA”, “Layihələrin İdarə Olunması”, ixtisasyönümlü magistr tələbələri, Bibiheybət korpusunda isə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” fakültələrinin tələbələri təhsil alır. Bu baxımdan kitabxana fondları fakültələrə uyğun formalaşmışdır. Kitabxana fondu müasir ədəbiyyatla və bütün lazım olan dərsliklərlə, həmçinin müasir texnologiya və avadanlıqlarla təmin edilmişdir. Dərsliklər əsasən partnyor universitet olan Heriot-Watt (Böyük Britaniya) Universitetinin nəşrlərindən ibarətdir. Kitabxananın fondu 30.000 fiziki materialdan (kitab, jurnal, avtoreferat, qəzet, disk) və 500.000 elektron bazada olan sənədlərdən ibarətdir ki, bunun da 1300 elektron sənədi elektron arxivdə (Dspace) toplanmışdır. Kitabxananın elektron xidmətlərinə “Digital library” də daxildir ki, burada dərslik və əlavə dərs vəsaitlərinin elektron nüsxələri yerləşdirilmişdir. Bibiheybət korpusundakı kitabxana ərazisi fond, geniş oxu zalı, kompüter zalı, oxuculara xidmət zonası və 3 müzakirə otağından ibarətdir ki, bu otaqlar da smart lövhələrlə təmin olunmuşdur. Xətai korpusunda yerləşən kitabxana isə geniş fond, kompüter zalı və oxuculara xidmət zonasından ibarətdir. Kitabxananın fondu daim yenilənir. İl ərzində bir neçə dəfə edilən sifariş əsasında xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrində istifadə olunan dərslik və dərs vəsaitlərinin daxil olması hesabına zənginləşir, bu isə tələbə və professor-müəllim heyətinin kitablara tələbatını təmin edir və təlim-tədris prosesinin səmərəliliyini artırır. Kitabxananın fondu təkcə xaricdən alınmış kitablarla deyil, həmçinin bədii ədəbiyyat və hədiyyə olunmuş kitablarla da zəngindir.