Bakalavriat

Bakı Ali Neft Məktəbinə (BANM) qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan nəticələri və müsabiqədənkənar qəbul mexanizmi əsasında həyata keçirilir.

BANM-də bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar aşağıdakılardır:

Sıra

№-si

 

İxtisasın şifri

 

İxtisasın adı

Təhsil müddəti

Ödənişli əsaslarla  təhsilalanların illik təhsil haqlarının məbləği

(manatla)

 

1

6004002

 Biznesin idarə edilməsi

4 il

Bütün ixtisaslar üzrə yerli tələbələr üçün 4500 AZN, əcnəbi tələbələr üçün 5000 AZN təşkil edir

2

6004005

 Maliyyə

4 il

3

6005009

 Kompüter elmləri

5 il

4

6006005

 Data analitikası

4 il

5

6006017

 İnformasiya təhlükəsizliyi

5 il

6

6006020

 Kimya mühəndisliyi

5 il

7

6006022

 Kompüter mühəndisliyi

5 il

8

6006035

 Neft-qaz mühəndisliyi

5 il

9

6006039

 Proseslərin avtomatlaşdırılması

 mühəndisliyi

5 il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  Minimal keçid balı qəbul planı və abituriyentlərin nəticələrinə əsasən hər il yenidən formalaşır və dəyişə bilər.

Tələbələrin ingilis dili və İKT bilikləri qiymətləndirilərək uyğun qruplara yerləşdirilməsi həyata keçirilir.

Birbaşa 2-ci kursa qəbul

Yalnız 5 illik təhsil müddəti olan bakalavriat ixtisasları üzrə qəbul olunan tələbələr üçün birbaşa 2-ci kursa keçid imkanı nəzərdə tutulur

Tələblər və qiymətləndirmə meyarları ətraflı şəkildə aşağıdakı sənəddə təqdim olunub.

Daha ətraflı

Müsabiqədənkənar qəbul

Beynəlxalq və respublika fənn olimpiadalarının, eləcə də beynəlxalq müsabiqə və yarışların qalibləri Bakı Ali Neft Məktəbinə müsabiqədənkənar qəbul olmaq hüququ əldə edə bilərlər.

Müsabiqədənkənar qəbul üzrə uyğun ixtisaslar, olimpiadaların siyahısı və sənəd qəbulu qaydaları barədə ətraflı məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 229 nömrəli Qərarında təqdim olunub.

keçid linki

Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsili:

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Qanununa əsasən, ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən tələbələr aşağıdakılardır:

-  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər; 

- şəhid ailəsinin üzvləri;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

- məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları