Magistratura
Bakı Ali Neft Məktəbinin magistratura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir.
BANM-də magistratura səviyyəsi üzrə qəbul aparılan ixtisaslar aşağıdakılardır:
|
Sıra №-si |
İxtisasın şifri |
İxtisasın adı |
İxtisaslaşmanın adı |
Təhsil müddəti |
Bölmə |
Ödənişli əsaslarla təhsilalanların illik təhsil haqlarının məbləği (manatla) |
|
1 |
7006017 |
İnformasiya təhlükəsizliyi |
Kibertəhlükəsizlik |
2 il |
ingilis |
Bütün ixtisaslar ingilis bölməsi üzrə yerli tələbələr üçün 5000 AZN, əcnəbi tələbələr üçün 3500 USD təşkil edir |
|
2 |
7006020 |
Kimya mühəndisliyi |
Neft və qaz texnologiyası |
2 il |
ingilis |
|
|
3 |
7006034 |
Neft-qaz mühəndisliyi |
Yatağın qiymətləndirilməsi və idarə olunması |
2 il |
ingilis |
|
|
4 |
7006038 |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi |
Texniki sistemlərdə idarəetmə |
2 il |
ingilis |
|
|
5 |
7004003 |
Biznesin təşkili və idarə edilməsi (MBA)
|
Ümumi idarəetmə |
1.5 / 2 |
Azərbaycan |
3500 AZN |
|
İnsan resurslarının idarə olunması |
1.5 / 2 |
Azərbaycan / ingilis |
Yerli tələbələr üçün Azərbaycan bölməsi 3500 / ingilis bölməsi 5000 AZN, əcnəbi tələbələr üçün 3500 USD təşkil edir |
|||
|
Maliyyə (MBA) |
1.5 / 2 |
Azərbaycan / ingilis |
||||
|
Layihələrin idarə edilməsi |
1.5 / 2 |
Azərbaycan / ingilis |
Minimal keçid balı qəbul planı və bakalavrların nəticələrinə əsasən hər il yenidən formalaşır və dəyişə bilər.
Qeyd: Bakı Ali Neft Məktəbində magistratura səviyyəsinin ingilis bölməsi üzrə beynəlxalq dil sertifikatları (IELTS, TOEFL, Duolingo) tələb olunmur. Lakin tədrisi ingilis dilində aparılan ixtisaslar üzrə namizədlərin ingilis dili bilik səviyyəsi tədris prosesini mənimsəmək üçün kifayət qədər olmalıdır.
Tədrisi ingilis dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavr imtahanında ingilis dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.
Qeyd: Magistratura səviyyəsində tədris prosesi Bakı Ali Neft Məktəbinin Ağ şəhər filialında həyata keçirilir. Dərslər axşam saatlarında təşkil olunur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsili:
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Qanununa əsasən, ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən tələbələr aşağıdakılardır:
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- şəhid ailəsinin üzvləri;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
- məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları