Xəbərlər
Bakı Ali Neft Məktəbində master-klas
Bakı Ali Neft Məktəbinin müəllimi, SOCAR-ın "Azneft” İstehsalat Birliyinin Modelləşmə və hasilatın proqnozu şöbəsinin rəisi, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin vitse-prezidenti Elvin Əhmədov “Yüksəlişə aparan yol” adlı master-klas keçib.
Master-klas BANM-in Neft-qaz mühəndisliyi kafedrasının təşəbbüsü ilə təşkil olunub və Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər.
Elvin Əhmədov uğur qazanmaq üçün şəxsi təcrübəsini bölüşüb, uğurlu mütəxəssis olmağın sirlərindən danışıb, tələbələrə tövsiyələrini verib.


