Xəbərlər

Bakı Ali Neft Məktəbinin rektoru "Sonuncu Turnir"in açılışını edib

Bakı Ali Neft Məktəbinin (BANM) İntellektual Oyunlar Klubu (İOK) "Sonuncu Turnir" adlı intellektual turnir keçirib. Turnirin açılışında BANM-nin rektoru Elmar Qasımov tələbələri təbrik edərək onlara uğurlar arzulayb, tövsiyələrini verib.

Sonra 120-dən çox tələbənin iştirak etdiyi turnir başlayıb. İntellektual Oyunlar Klubu bu dəfə də BANM-in tələbələri və məzunlarını biraraya gətirib. Turnir "Nə? Harda? Nə zaman?", "Breyn Rinq", "Xəmsə MİO" strukturundan ibarət olub.

Yarışı BANM-in Amerika universitetlərinə qəbul olunmuş tələbələri Xaqan Kərimov, Sənan Həsənov, İsa Cəfərov və BANM-in İOK-nun İdarə heyəti təşkil edib.

#banm #bhos #intellektualoyunlar #yarış #tələbələr