Xəbərlər

Yüksək bal toplayanlar Bakı Ali Neft Məktəbini seçirlər

Sevinc Rüstəmova bu il yüksək bal toplayan abituriyentlər sırasındadır. Bakı şəhəri Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib.

O, buraxılış imtahanında 293.1 bal, I ixtisas qrupu üzrə keçirilən imtahanda isə 394.3 bal toplayıb. Ümumilikdə 687.4 bal toplayan Sevinc Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmağı arzulayır: “Bakı Ali Neft Məktəbi ən nüfuzlu ali məktəblər sırasındadır. Arzum Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi üzrə təhsil almaqdır”.

#BANM #BHOS #SOCAR #DİM #abituriyent