Xəbərlər

Şirvanın birincisi və ikincisi də Bakı Ali Neft Məktəbini seçir

Sənan Yaqubov Şirvan şəhəri üzrə ən yüksək bal toplayan abituriyentdir. O, Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecinin Maliyyə işi ixtisasını Fərqlənmə diplomu ilə bitirib. Sənan buraxılış imtahanında 284.2, I ixtisas qrupu üzrə keçirilən imtahanda isə maksimal - 400 olmaqla , ümumilikdə 684.2 bal toplayıb.

Sənan Yaqubovun arzusu Bakı Ali Neft Məktəbinin (BANM) Kompüter mühəndisliyi ixtisasının tələbəsi olmaqdır.

Əhməd Ağamalıyev isə Şirvan şəhəri üzrə ikinci ən yüksək bal toplayan abituriyentdir. O, buraxılış imtahanında 289.6, I qrup üzrə blok imtahanında isə 394 olmaqla, ümumilikdə 683.6 bal toplayıb. Şirvan şəhər Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib.

Əhməd Ağamalıyevin arzusu Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaqdır.

#BANM #BHOS #SOCAR #DİM #abituriyent