Xəbərlər

BANM-da “Açıq qapı” günü keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə “Açıq qapı” günü keçirilib. 

“Açıq qapı” günündə I və II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, ölkənin müxtəlif orta məktəblərinin şagirdləri və onların valideynləri, eləcə də məktəb direktorları iştirak ediblər. 

Görüş zamanı BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin üstünlükləri haqqında danışıb. O, yeni açılan Data analitikası və Maliyyə ixtisasları ilə yanaşı, tədris olunan digər ixtisaslar barədə ətraflı məlumat verib. 

Qonaqlar sırasında BANM-ın məzunları da yer alıb, onlar şəxsi təcrübələrini və karyera yollarını iştirakçılarla bölüşüblər.