Xəbərlər

BANM tələbələri TÜBİTAK-da təcrübə keçib

Kompüter mühəndisliyi ixtisasında təhsil alan 9 tələbəmiz Türkiyənin nüfuzlu elmi-tədqiqat qurumu olan TÜBİTAK-da istehsalat təcrübəsi keçib.
Tələbələr front-end və back-end inkişafı, veb tətbiqlər, real vaxt məlumat sistemləri, QR kodla qeydiyyat, verilənlər bazası inteqrasiyası və bulud texnologiyaları üzərində işləyiblər.
Eyni zamanda, süni intellekt əsaslı tətbiqlər, interaktiv veb-assistantlar və kriptoqrafiya layihələrində iştirak edərək həm texniki biliklərini, həm də komanda işində praktiki bacarıqlarını inkişaf etdiriblər.