Xəbərlər
"Xudafərin BHOS" komandamız Ağıllı nəqliyyat kateqoriyasında III yeri tutub
İstanbulda keçirilən “Teknofest-2025” Aerokosmik və Texnologiya Festivalında "Xudafərin BHOS" komandamız Ağıllı nəqliyyat kateqoriyasında 3-cü yeri tutub.
Komandanın üzvləri:
Cəbrayıl Qasımlı -Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
Əlehsan Əliyev - Kompüter mühəndisliyi, V kurs
Aysel Rəhimli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs
Emil Abdullayev - Kompüter mühəndisliyi, III kurs
Komandanın mentoru BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri Emiliya Əhmədovadır.
Təbrik edir, qürur duyuruq!

