Xəbərlər
BANM rəhbərliyi ADAU-da
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olub.
Səfərin ilk günündə BANM nümayəndələri Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin qarşısına gül dəstələri düzərək, Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfər çərçivəsində Nizami Gəncəvi məqbərəsi, Butulkalı ev və Gəncə Şəhər Ekoloji Park Kompleksi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi ziyarət olunub.
BANM rəhbərliyi ADAU-nun Tədris-təcrübə təsərrüfatında olub, burada tədris və istehsal prosesinin təşkili, mövcud infrastruktur və tələbələrin praktik biliklərinin artırılması istiqamətində görülən işlərlə də tanış olublar.










