Xəbərlər
Türkiyə Dəyanət Vəqfi- Bakı Türk Liseyinin şagirdləri ilə görüş keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin şagirdləri ilə görüşüb.
Görüş zamanı şagirdlərə BANM-də yaradılmış müasir təhsil mühiti, ixtisaslar, tələbə həyatı barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların gələcək təhsil planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, ötən il liseyin 13 məzunu Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.
Görüşdə liseyin məzunları - BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil alan Prezident təqaüdçüsü Ziya Alızadə və Kompüter mühəndisliyi ixtisasının tələbəsi Xaliq Cabbarlı da iştirak edərək təcrübələrini şagirdlərlə bölüşüblər.
Səmimi və interaktiv mühitdə keçən görüş şagirdlər tərəfindən maraqla qarşılanıb.




