Xəbərlər

BANM rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qəbul imtahanlarında 686.6 bal toplayan Cəfər Muradlı və 686.5 bal toplayan Onur Məmmədlə görüşüb.

Rektor onları təbrik edərək BANM-də təhsil almaq niyyətlərini yüksək qiymətləndirdiyini və növbəti tədris ilində onları Bakı Ali Neft Məktəbinin tələbələri sırasında görməkdən məmnun olacağını bildirib.

Cəfər Lənkəran şəhər 10 nömrəli məktəbin, Onur isə Sumqayıt şəhər 35 nömrəli məktəbin məzunudur.