Xəbərlər
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Agentliyin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbin kampusu ilə tanış edib, tədris infrastrukturu, elmi-tədqiqat imkanları və universitetin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Görüş zamanı innovasiya, texnologiya və startap ekosistemi sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər birgə layihələrin icrası, rəqəmsal səriştələrin inkişafı istiqamətində təşəbbüslər, eləcə də uzunmüddətli və dayanıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.