Xəbərlər

Bakı Ali Neft Məktəbində “Petrovietnam” nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Vyetnamın “Petrovietnam” şirkətinin vitse-prezidenti Vu Dao Minin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, hazırda BANM-də 24 ölkədən tələbə təhsil alır və gələcəkdə Vyetnamdan olan tələbələrin də bu beynəlxalq akademik mühitin bir hissəsinə çevriləcəyinə inanır.

BANM-in prorektorları Sevda Zərgərova və Babək Məmmədov ilə nümayəndə heyəti arasında keçirilən görüşdə tədris proqramları, beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.

Görüşdə magistratura və doktorantura səviyyələrində əməkdaşlıq perspektivləri, eləcə də tərəflər arasında mümkün birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti BANM-in kampusu ilə tanış olub.