Xəbərlər

Elm və təhsil naziri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə görüşüb.

Görüşdə açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin əldə etdiyi uğurlar, təhsil imkanları və inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək ali təhsil siyasətinin əsas prioritetləri, SABAH proqramının yaradılma məqsədləri və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüş qarşılıqlı sual-cavab formatında davam edib. Tələbələrin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.