Xəbərlər

Bakı Ali Neft Məktəbi və Dyuk Universitetinin birgə proqramının növbəti Məzun Günü keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) və ABŞ-ın Dyuk Universitetinin  birgə təşkilatçılığı, eləcə də layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution”  şirkətinin texniki dəstəyi ilə həyata keçirilən “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın (“Project Management”) Məzun Günü keçirilib.

Daha ətraflı
Bakı Ali Neft Məktəbinin məzunu birinci oldu

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Qazma üzrə böyük mühəndisi Niyaz Əhmədzadə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Kadr hazırlığının təşkili mərkəzində İADC WellSharp Qazma əməliyyatları üzrə “Nəzarətçi” səviyyəli təlim kursunu başa vurmuş dinləyicilər arasında biliklərin qiymətləndirilməsi (imtahan) prosesində ən yüksək nəticə göstərərək 97% bal toplayıb və 1-ci yerə çıxıb.

Daha ətraflı